50-ci qolunu vurdu

15:58 25 Mart 2023

Martın 24-də Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Misir millisi Malavini qəbul edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

 

Hesabı 20-ci dəqiqədə Məhəmməd Salah açıb. FİFA-nın mətbuat xidmətindən verilən məlumata görə, “Liverpul”un hücumçusu üçün bu qol millinin heyətində 50-ci olub.

 

30 yaşlı hücumçu milli komandanın heyətində cəmi 86 matçda 50 qol vurub və 26 məhsuldar ötürmə edib. Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçudur.


Digər xəbərlər

Xəbər xətti