Gizli müqavilələr, “messencer” yazışması, qeyri-rəsmi gəlir…

16:40 25 Mart 2023

“Yuventus” 2021-ci ildə Kriştiano Ronaldo ilə gizli müqavilə imzalayıb.

 

Sportarena.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “qoca sinyora” qeyri-rəsmi formada pul əldə etmək üçün futbolçularla əmək haqlarının azaldılması ilə bağlı müqavilələr bağlayıb.

 

20 aprel 2021-ci ildə Turin təmsilçisinin hüquq departamentinin rəhbəri Çezare Qabasio “messencer”də Ronaldodan 19.9 milyon avro alacağı ilə bağlı müqavilə imzalamağa hazır olduğunu yazıb.

 

Hazırda məsələ ilə bağlı prokurorluq araşdırmaları davam etdirir.

 

Xatırladaq ki, öncədən İtaliya A Seriyası təmsilçisinin aktivindən 15 xal silinib. Buna səbəb klubun fəaliyyətində yol verdiyi maliyyə pozuntuları olub.


Digər xəbərlər

Xəbər xətti