İsveç millisinin forvardı Zlatan İbrahimoviç AVRO- 2024-ün seçmə mərhələsinin Belçika ilə görüşündə (0:3) meydana sonradan daxil olub.
Sportarena.az "B/R Football"a istinadən xəbər verir ki, 41 yaşlı isveçli Avropa çempionatının seçmə mərhələlərində oynamış ən yaşlı futbolçu adına sahib çıxıb.
İbrahimoviçdən əvvəl seçmə mərhələ tarixinin ən yaşlı oyunçusu 1983-cü ildə 41 yaş 3 aylığındaİsveçə qarşı oynamış İtaliya millisinin keçmiş qapıçısı Dino Zoff idi.
Final mərhələlərinin rekordçusu Macarıstan yığmasının sabiq qapıçısı Qabor Kiralıdır.
O, 2016-cı ildə Belçikaya qarşı 40 yaş 2 ay 25 günlüyündə oynamışdı.