"Qarabağ"ın kapitanı Qara Qarayev Bakıda "Qalatasaray"a qarşı keçirəcəkləri xeyriyyə oyunu barədə "Haber Global"a müsahibə verib.
Sportarena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu cür matça ev sahibliyi etməyin qürurverici olduğunu söyləyib.
Təcrübəli oyunçu bildirib ki, görüşün nəticəsindən asılı olmayaraq, qalib türk xalqıdır. O, azarkeşlərin meydandakı mübarizədən zövq almaları üçün oynayacaqlarını əlavə edib.
Qarayev İstanbul klubunun səfərdə deyil, öz evində çıxış edəcəyini vurğulayıb.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.