"Qarabağ" - "Qalatasaray": Azarkeşlər stadiondan hissə-hissə buraxılacaqlar

20:05 25 Mart 2023

Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissə-hissə buraxılacaqlar.

 

Sportarena.az xəbər verir ki, BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadənin "Report"a verdiyi məlumata görə, bu qərar ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunub.

 

O bildirib ki, əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq:

"Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər".

 

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti