Nazarovun komandası səfərdə xalsız qaldı

09:56 26 Mart 2023

Futbol üzrə Almaniya 3-cü liqasında 29-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Meppen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

 

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Ersgebirge” hazırda 36 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti