Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoldaşlıq oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, ötən gecə daha bir neçə belə görüş baş tutub.
Günün ən maraqlı görüşlərindən biri Braziliya və Mərakeş yığmaları arasında olub. Üç qolun qeydə alındığı matç cənubi amerikalıların məğlubiyyəti ilə yekunlaşıb.
Almaniya millisi isə Peru yığması ilə oyunda inamlı qələbə qazanıb.
Yoxlama oyunları
25 mart
Banqladeş – Seyşel 1:0
Laos – Butan 2:1
Myanmar – Qırğızıstan 1:1
İndoneziya – Burundi 3:1
Gürcüstan – Monqolustan 6:1
Suriya – Tailand 3:1
BƏƏ – Tacikistan 0:0
Bəhreyn – Fələstin 1:2
Almaniya – Peru 2:0
Mərakeş – Braziliya 2:1