"Liverpul" yayda iki transfer edəcək.
Sportarena.az "The Times"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi PSJ-nin üzvü Renatu Sançeş və “Nitsa”nın yarımmüdafiəçisi Kefren Türam-Ulyenin keçidini həll etməyə çalışır.
Sançeş Paris klubunun əsas heyətində möhkəmlənə bilmədiyi üçün iş yerini dəyişməyə razıdır.
Kefrenin xidmətində isə “Mançester Yunayted”, “Nyukasl” və PSJ maraqlıdır. “Liverpul”un hər iki futbolçunu yay “transfer pəncərəsi” zaman heyətinə qatacağı gözlənilir.