PSJ prezidentinin klubda saxlamağa çalışdığı 3 futbolçu

13:18 26 Mart 2023

PSJ-nin prezidenti Nasser Əl-Xələfi Lionel Messi, Kilian Mbappe və Serxio Ramos haqda danışıb.

 

Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu oyunçuları klubda saxlamağa çalışdıqlarını deyib:

“Messini, Mbappeni və Ramosu heyətimizdə saxlamaq üçün çalışırıq. Nə etdiyimizi başa düşmək və edə biləcəyimiz işlərə əmin olmaq üçün hər şeyi nəzərdən keçirəcəyik. Səhv etməyəcəyik. Adlarını çəkdiyim üç futbolçu ilə yanaşı, gənc istedadlara da diqqət yetirməliyik”.

 

Qeyd edək ki, Messi 2021-ci ildən PSJ-də forma geyinir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Mbappenin paytaxt klubu ilə sözləşməsi 2025-ci ilə, ispaniyalı müdafiəçi Ramosun müqaviləsi isə cari mövsümün sonuna kimi qüvvədədir.


Digər xəbərlər

Xəbər xətti