İsveç yığmasının futbolçusu Lüdviq Auqustinsson evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
Sportarena.az xəbər verir ki, buna 29 yaşlı sol cinah müdafiəçisinin Belçikaya 0:3 hesabı ilə uduzduqları matçda zədələnməsi səbəb olub.
Yığmanın düşərgəsini tərk edən İspaniya "Malyorka"sının üzvünü İngiltərənin "Uotford" klubunun futbolçusu Ken Sema əvəzləyib.
Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.