Yunus Akgün: "Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı"

23:24 26 Mart 2023

"Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı".

 

Sportarena.az xəbər verir ki, bunu "Qalatasaray"ın futbolçusu Yunus Akgün Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.

 

23 yaşlı yarımmüdafiəçi matçın maraqlı və çətin alındığını bildirib:

"Eyni zamanda anlamlı qarşılaşma idi. Hər iki komandaya gözəl oyuna görə çox sağ ol düşür".

 

Forvard komandanı coşqu ilə qarşılayan azərbaycanlı azarkeşlərə təşəkkür edib:

"Burada bizi bir çox "Qalatasaray" fanatı qarşıladı. Təyyarədən düşdüyümüz andan etibarən özümüzə qarşı xoş münasibət gördük".

 

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" oyunundan əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti