İlham Əliyevə “Qalatasaray”ın forması hədiyyə olundu - FOTO

23:54 26 Mart 2023

Bu gün Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.

 

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası 2:1 hesabıyla qalib gəlib.

 

“Qalatasaray”ın prezidenti Dursun Özbək Prezident İlham Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.

 

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti