Türkiyənin “Trabzonspor” klubunun prezidenti postuna seçkilər keçirilib.
Sportarena.az xəbər verir ki, bu vəzifəyə seçkilərdə yeganə namizəd olan Ertuğrul Doğan seçilib.
O, Trabzon təmsilçisinin 18-ci prezidenti olub. Ertuğrul Doğan bu postda bir müddət öncə istefa vermiş Ahmet Ağaoğlunu əvəzləyib. O, 20 ay müddətinə Trabzon klubuna rəhbərlik edəcək.