İsveç millimizi darmadağın etdi - YENİLƏNİB + VİDEO

00:38 28 Mart 2023

Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirir.

 

Sportarena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu milli səfərdə İsveç yığması ilə qarşılaşır.

 

Hər iki komanda ilk turda böyük hesabla məğlub olub. Azərbaycan millisi Avstriyaya 1:4 hesabı ilə uduzmuşdusa, isveçlilər Belçikaya 3 cavabsız qolla məğlub olmuşdular. Bu görüşdə hər iki komanda AÇ-2024-ün seçmə mərhələsində ilk xallarını qazanmağa çalışacaq.

 

AÇ-2024: Seçmə mərhələ, 2-ci tur

27 mart

F qrupu

İsveç 5:0 Azərbaycan (yekun)

Baş hakim: Stefani Frappar (Fransa)

 

 

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 2. Linus Valkvist, 6. Qabriel Qudmundsson, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 10. Emil Forsberq, 21. Deyan Kuluşevski, 17. Viktor Dyekereş, 9. Aleksander İsak

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 10. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov


Digər xəbərlər

Xəbər xətti