Həbsxanada formalara imza atır əvəzində siqaret və içki alır

14:12 27 Mart 2023

Zorlama ittihamı ilə həbs olunan braziliyalı müdafiəçi Dani Alveş həbsxanada da sakit dayanmır.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Servimedia” məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Alveş həbsxanada azad hərəkət etmək icazəsi olan məhbuslardan birinin ona verdiyi “Barselona” köynəklərinə həvəslə imza atır. Həmin şəxs isə onları digər məhbuslara verir, onlar da köynəkləri ailələrinə göndərirlər. Bunun qarşılığında Alveş siqaret və spirtli içki alır.

 

Alveşin həbsdə bu işlə məşğul olduğu sübut olunarsa, o zaman ona qarşı yeni ittihamlar irəli sürüləcək.

 

Qeyd edək ki, Dani Alveş 2023-cü ilin yanvarından həbsxanadadır və onu 12 ilə qədər həbs gözləyir


Digər xəbərlər

Xəbər xətti