Azərbaycanın cüdo millisi Masters turnirini birinci pillədə tamamlayıb

12:00 27 Mart 2023

Azərbaycanın gənc cüdoçuları Almaniyanın Bremen şəhərində keçirilmiş Beynəlxalq Masters turnirində 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

 

Sportarena.az xəbər verir ki, yığma yarışda medal əyarına əsasən, ümumi hesabda birinci yeri tutub.

 

Nicat Şirinov (60 kq.) və Qadir Hüseynov (73 kq.) qızıl, Aydın Rzayev (66 kq.) gümüş, Əli Hacıyev isə (60 kq.) bürünc medal qazanıb.

 

Məmmədrza Hacızadə (81 kq.) 5-ci yerdə, Əjdər Bağırov, Nicat Şıxəlizadə (90 kq.), Atabala Niftəliyev, Tamerlan Cabbarov (100 kq.) və Məhəmməd Məhəmmədzadə (+100 kq.) 7-ci yerdə qərarlaşıblar.

 

Qeyd edək ki, idmançılar 27 - 29 martda Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.


Digər xəbərlər

Xəbər xətti