Stokholmda bu gün İsveç və Azərbaycan yığmaları arasında AVRO-2024-ün seçmə mərhələ oyununa ev sahibliyi edəcək "Frends Arena"nın dam örtüyü bağlanıb.
Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb matçın oynanılacağı Solna bölgəsində hava şəraitinin qeyri-sabit keçməsidir.
Havanın şaxtalı və qarlı olmasını nəzərə alan stadion rəhbərliyi Belçika ilə matçda (0:3) olduğu kimi, bu dəfə də dam örtüyünün bağlanmasına qərar verib.
Qeyd edək ki, İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Hazırda Stokholmda havanın temperaturu -3 dərəcədir. Gecə saatlarına doğru temperaturun daha da aşağı düşəcəyi gözlənilir.