Azərbaycanlı jurnalist "UAE WARRIORS 40" turnirinə menecer kimi qatıldı

18:50 27 Mart 2023

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dabidə UAE WARRIORS təşkilatının növbəti, "UAE WARRIORS 40" turniri keçirilib. 

 

Sportarena.az xəbər verir ki, tədbirə Azerbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman jurnalistikası" ixtisasını məzunu, Rüfət Abdullayev "Al Qaisi" komandası tərəfindən media menecer kimi dəvət alıb. Komanda turnirə Amerika Birləşmiş Ştatlarından qatılıb.

 

Yarışda 66 kq çəki dərəcəsində çıxış edən “Alqaisi team” təmsilçisi Əli Əlqaisi günün əsas döyüşündə, kəmər uğrunda qarşılaşmada “Saracens Team” klubunu təmsil edən Əhməd Fareslə görüşüb. “Etihad Arena”da keçirilən və gərgin keçən döyüşün üçüncü raundunda Əli Əlqaisi boğucu fənd tətbiq etməklə rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb. Qələbə Əli Əlqaisiyə yaxın gələcəkdə UFC-yə qatılmaq üçün əhəmiyyətli üstünlük qazandırıb.


Digər xəbərlər

Xəbər xətti