Portuqaliya millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün seçmə mərhələsinin Lüksemburqla matçından sonra (6:0) açıqlama verib.
Sportarena.az “O Jogo”-ya istinadən xəbər verir ki, o, “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqda danışıb:
“Ronaldo yığmada 198 oyun keçirən yeganə futbolçudur. Onun təcrübəsi bizim üçün çox vacibdir. Qonsalo Ramos və Ronaldo hücum xəttində birlikdə çıxış edə bilərlər. Burada müzakirə ediləcək bir şey yoxdur”.