Azərbaycanın U-19 millisi Şimali Makedoniyaya məğlub olub

20:08 27 Mart 2023

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub.

 

Sportarena.az xəbər verir ki, Bakıda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Halbuki “Dalğa Arena”dakı matçda hesabı Aqil Nəbiyevin yetirmələri açıblar. 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib. Lakin Marko Stoyilevskinin 77, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib.

 

Qeyd edək ki, bu komandalar arasında martın 24-də keçirilən ilk yoxlama görüşü qolsuz bərabərliklə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti