FIFA-nın DÇ-2026-da klublara ödəyəcəyi məbləğ müəyyənləşib

21:10 27 Mart 2023

FIFA 2026-cı ildə Kanada, ABŞ və Meksikada təşkil ediləcək dünya çempionatında klublara ödəyəcəyi məbləği müəyyənləşdirib.

 

Sportarena.az “Sky News”a istinadən xəbər verir ki, mundialda iştirak edəcək futbolçulara görə, klublarına təxminən 370 milyon dollar ayrılacaq.

 

Bu isə Qətərdəki DÇ-2022-dəki məbləğdən 75 faiz çoxdur. Argentinanın qalib gəldiyi mundialda klublar hazırlıq dönəmi də daxil olmaqla, oyunçularının turnirə cəlb olunduğu hər gün üçün təxminən 10 000 dollar alıblar. Bu dəfə isə məbləğin artırılacağı bildirilib.

 

Qeyd edək ki, DÇ-2026-da 48 komanda 12 qrupda mübarizə aparacaq.


Xəbər xətti