İsveç millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra dava edib

01:28 28 Mart 2023

İsveç millisinin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilən oyundan sonra yerli mütəxəssis Boyan Corciçlə dava edib.

 

Sportarena.az xəbər verir ki, 5:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ardından “Viaplay TV”nin studiyasına yollanan 63 yaşlı mütəxəssis komandasının çıxışını dəyərləndirib.

 

Ardından Boyan Corciç 4-cü qolun müəllifi olan Yesper Karlssona az oyun şansı verilməsindən gileylənib. Buna qəzəblənən Andersson onunla mübahisəyə girişib, hətta İsveç millisinin sabiq futbolçusunun üzərinə hücum çəkib. Daha sonra o, əsəbi şəkildə studiyanı tərk edib.


Digər xəbərlər

Xəbər xətti