Yenə qapıları səhv saldıq: Millimizdən 13-cü avtoqol

02:02 28 Mart 2023

Azərbaycan millisi tarixində 13-cü dəfə topu öz qapısına vurub.

 

Sportarena.az xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin II turunun İsveçlə oyununda baş verib.

 

Stokholmda keçirilən görüşün 65-ci dəqiqəsində Bəhlul Mustafazadə avtoqol müəllifi olub. Bu, müdafiəçinin millinin heyətində ilk avtoqolu kimi tarixə düşüb.

 

Mustafayevə qədər yığmamız 12 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib.

 

Millidə Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Pavel Paşayev, Anton Krivotsyuk və Maksim Medvedev də avtoqola üzülüblər.


Digər xəbərlər

Xəbər xətti