Peru millisinin futbolçuları İspaniya polisi ilə insident törədib

10:36 28 Mart 2023

Peru millisinin futbolçuları İspaniya polisi ilə münaqişə törədib.

 

Sportarena.az ESPN-ə istinadən xəbər verir ki, insident azarkeşlərin yığmanın oyunçularına yaxınlaşmaq istədikləri oteldə baş verib.

 

İspan polisi futbolçulardan birini itələyib. Bundan sonra milli üzvü asayiş keşikçisinə eyni hərəkətlə cavab verib.

 

Beləliklə, futbolçularla polis arasında dava düşüb.

 

Qeyd edək ki, Peru millisi Mərakeşlə yoldaşlıq matçı keçirmək üçün Madridə gedib. Bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Xəbər xətti