İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon “Bayern”in yeni baş məşqçisi Tomas Tuxel haqda danışıb.
Sportarena.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin dürüst olduğunu bildirib:
“O, son dərəcə ağıllıdır. Onun kimi insanla çox az rastlaşmışam. Tuxel dürüst biridir və ətrafa müsbət enerji yayır. Məşq zamanı hücumla bağlı ideyaları çox qeyri-adi idi”.
Onlar 2018-2019-cu illərdə Fransanın PSJ klubunda birlikdə çalışıblar.
Bundesliqa təmsilçisi Yulian Naqelsmannı istefaya göndərdikdən sonra baş məşqçi postuna Tuxeli təyin edib. Onunla 2,5 illik sözləşmə imzalanıb.