Canluici Buffon: “Tuxel dürüst biridir”

12:13 28 Mart 2023

İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon “Bayern”in yeni baş məşqçisi Tomas Tuxel haqda danışıb.

 

Sportarena.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin dürüst olduğunu bildirib:

“O, son dərəcə ağıllıdır. Onun kimi insanla çox az rastlaşmışam. Tuxel dürüst biridir və ətrafa müsbət enerji yayır. Məşq zamanı hücumla bağlı ideyaları çox qeyri-adi idi”.

 

Onlar 2018-2019-cu illərdə Fransanın PSJ klubunda birlikdə çalışıblar.

 

Bundesliqa təmsilçisi Yulian Naqelsmannı istefaya göndərdikdən sonra baş məşqçi postuna Tuxeli təyin edib. Onunla 2,5 illik sözləşmə imzalanıb.


Xəbər xətti