“Torino” yeni müqaviləyə hazırlaşır

12:54 28 Mart 2023

“Torino” qapıçısı Vanya Milinkoviç-Saviçlə müqavilənin müddətini uzada bilər.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı serbiyalı qolkiperlə 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.

 

Cari mövsümdə o, Turin təmsilçisinin heyətində 31 oyuna çıxıb, 35 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.


Xəbər xətti