“Azərbaycan millisinə qarşı keçirəcəyimiz növbəti matçda oynamaq, bəlkə də, bir az asan olacaq”.
Sportarena.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Avstriyaya 1:2 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
İsveçrəli mütəxəssis F qrupunun növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcəklərini xatırladıb:
“Avstriya ilə oyun çox çətin idi. Amma Azərbaycanla qarşılaşma fərqli olacaq. Həmin matçda topa daha çox sahib ola və hücum futbolu göstərə biləcəyik”.
Qeyd edək ki, F qrupunun III turunda keçiriləcək Azərbaycan – Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq.