Azərbaycanın neft şirkəti olan SOCAR Türkiyənin “Trabzonspor” klubunun sponsoru ola bilər.
Sportarena.az xəbər verir ki, bu barədə “Ajansspor” məlumat yayıb. Bildirilir ki, “qaradənizlilər”in yeni prezidenti Ərtoğrul Doğan “SOCAR Türkiyə”nin yeni rəhbəri Elçin İbadovla görüşüb və bu məsələ ətrafında danışıqlar aparıb. İbadovun “Trabzonspor” azarkeşi olması bu məsələdə böyük rol oynayır.
Tərəflər arasında danışıqların davam etdiyi və müzakirələr zamanı müsbət məqamların ortaya çıxdığı bildirilir.
Bir neçə gün əvvəl ötən mövsüm Türkiyə çempionu olan “Trabzonspor”un rəhbərliyində, həm də, məşqçi heyətində ciddi dəyişiklik baş verib.