Şahmat tacı uğrunda görüşlərdə dopinq testi olacaq

15:02 28 Mart 2023

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda görüşlərdə dopinq testi olacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib.

 

FIDE rəhbəri şahmatda heç vaxt dopinqin aşkarlanmadığını da söyləyib: "Buna baxmayaraq, Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə müqaviləmizə uyğun olaraq biz qrossmeysterlərdən hər qarşılaşmada bir dəfə dopinq testi almalıyıq".

 

Qeyd edək ki, şahmat tacı uğrunda görüş aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti