Mahir Emreli zədəsini sağaldıb

16:36 28 Mart 2023

Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini sağaldıb.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyaspor” klubunun hücumçusu bərpa dönəmini artıq geridə qoyub.

 

Super Liqanın XXVI turunda “Qalatasaray”la oyunda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ matçlarını buraxan 26 yaşlı forvard fiziki çalışmalarını başa vurub.

 

Futbolçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq. O, Konya təmsilçisinin “Umraniyespor”la qarşıdakı matçına hazır olacaq.

 

Qeyd edək ki, XXVII turun “Umraniyespor” – “Konyaspor” görüşü aprelin 2-də keçiriləcək.


Xəbər xətti