“İnter” yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə hazırkı müqaviləni yeniləmək üçün danışıqların son mərhələsini yekunlaşdırmaq üzrədir.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi 29 yaşlı futbolçu ilə cari sözləşməni 2027-ci ilin yayına kimi uzadacaq.
Eyni zamanda, İtaliya A Seriyası klubu müqaviləsi 2024-cü ilin iyununda sona çatacaq müdafiəçi Alessandro Bastoni ilə də danışıqları davam etdirir.
Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilə qədərdir.
Türkiyəli oyunçu 2022/23 mövsümündə Milan klubunun heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.