Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də baş tutan Avstriya – Azərbaycan matçında zədələnən yarımmüdafiəçi tibbi müayinədən keçib. Müayinədən sonra İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə aşkarlanıb. Onun 10-14 günlük müalicə və fərdi hərəkətlərdən sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Azərbaycan millisi Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub.