PSJ-də Qaltenin yerinə namizədlər bəllidir

20:20 28 Mart 2023

PSJ baş məşqçi Kristof Qalte ilə yollarını ayırmaq niyyətindədir. Fransalı mütəxəssisin yerinə namizədlər artıq bəllidir.

 

Sportarena.az “Il Messaggero”-ya istinadən xəbər verir ki, İtaliya milli komandasının hazırkı çalışdırıcısı Roberto Mançini iş yerini dəyişməkdə maraqlıdır və o, PSJ-ni diqqətlə izləyir.

 

Eyni zamanda, “Roma”nın çalışdırıcısı Joze Mourinyonun təcrübəsi və liderlik keyfiyyəti də Fransa klubunu cəlb edir.

 

Öncədən paytaxt təmsilçisinin rəhbərliyi ilə “Bolonya”nın “sükanı arxasında” olan Tyaqo Motta arasında mümkün təyinatla bağlı görüş keçirildiyi bildirilirdi.

 

Xatırladaq ki, 58 yaşlı Mançini 2018-ci ildən İtaliya yığmasını çalışdırır. O, daha əvvəl “Zenit”, “İnter”, “Mançester Siti”, “Latsio”, “Fiorentina” və “Qalatasaray”ın baş məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti