Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) prezidenti Alexandro Dominqes Lionel Messi haqda danışıb.
Sportarena.az “TyC Sports”-a istinadən xəbər verir ki, o, PSJ-nin hücumçusu ilə ortaq tarixi əlaqələrə sahib olduqlarını deyib:
“Lionellə bizim ortaq tarixi əlaqələrimiz var. O, təkcə medallarla kifayətlənmədi. Eyni zamanda, kuboklar da qazandı. Messi bir dəfə mənə dedi ki, “muzeyimdə nəsə çatışmır”.
Biz onu geri gətirmək və muzeyi daha da doldurmaq istəyirik. Artıq dünya kubokumuz var. Lakin bilirəm ki, hamı Libertadores kuboku üçün darıxır”.
Xatırladaq ki, argentinalı forvard 1994-2000-ci illərdə “Nyuels Old Boys”da forma geyinib.