İrlandiya millisinin futbolçusu Ceyms Makkleynə autizm diaqnozu qoyulub.
Sportarena.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli oyunçunun qızı Uillou-Ayvi də analoji xəstəlikdən əziyyət çəkir. Makkleyn bildirib ki, uşağa bənzədiyini hiss etməyə başlayandan sonra müayinədən keçib və nəticə müsbət çıxıb.
Qeyd edək ki, Ceyms Makkleyn 2021-ci ilin yayından İngiltərənin "Uiqan" klubunda çıxış edir. O, daha əvvəl "Stok Siti", "Vest Bromviç" və "Sanderlend"in şərəfini qoruyub. Yığmada 96 oyun keçirən futbolçu 11 qol vurub.