Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazanıb, 2 rekordu yeniləyib

12:51 29 Mart 2023

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində 3 medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, 73 kq-da mübarizə aparan idmançı birdən qaldırmada 136 kq-ı ram edib və bu hərəkətdə ikinci yeri tutub.

 

Qazaxın "Göyəzən" ağır atletika klubunun təmsilçisi təkanla qaldırma hərəkətində isə 167 kq-ın öhdəsindən gələrək, eyni nəticəni təkrarlayıb.

 

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib.

 

Toplamda 303 kq (136+167) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada dünya birinciliyinin gümüş medalını sahib çıxıb. Alməmmədov bu nəticə ilə rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.


Digər xəbərlər

Xəbər xətti