Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılması şərtləri açıqlanıb

13:10 29 Mart 2023

Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılması şərtləri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında açıqlama verib.

 

O bildirib ki, qayıdış üçün bəzi tələblərə əməl olunmalıdır:

"Birincisi, Rusiya və Belarus pasportlarına malik idmançılar yalnız neytral statusda yarışmalıdırlar. İki ölkə beynəlxalq yarışlarda komanda şəklində təmsil oluna bilməz. Ukraynadakı hərbi əməliyyatları dəstəkləyən idmançıların yarışlara dəvət edilməsi qadağandır. Rusiya və ya Belarus hərbi qurumları, milli təhlükəsizlik xidmətləri ilə müqaviləsi olan idmançılar beynəlxalq yarışların iştirakçısı ola bilməzlər. Eyni şey işçilərə də aiddir. İstənilən neytral idmançı, digərləri kimi, bütün antidopinq tələblərinə əməl etməlidir. Nəhayət, Belarus və Rusiya hökumətlərinə qarşı sanksiyalar qüvvədə qalmalıdır".

 

Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan kənarlaşdırılıblar.


Digər xəbərlər

Xəbər xətti