Ən çox vərəqə göstərilən çempionatlar: Azərbaycan Premyer Liqası 26-cıdır

13:34 29 Mart 2023

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən çox vərəqə göstərilən futbol çempionatlarını açıqlayıb.

 

Sportarena.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə 77 turnirin yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 26-cı pillədə qərarlaşıb.

 

2020-ci ilin yanvarından yüksək dəstədə hər matçda ortalama 5,08 vərəqə verilib. Bunların 4,81-i sarı, 0,27-si qırmızı olub. Ümumilikdə Azərbaycan Premyer Liqasında bu müddət ərzində 383 qarşılaşma oynanılıb.

 

Ən çox vərəqə Boliviya (7, 01) çempionatında qeydə alınıb. Cənubi Amerika ölkəsində 800 matç keçirilib və orta hesabla 6,46 sarı, 0,55 qırmızı vərəqə göstərilib.

 

Bu göstəriciyə görə Ukrayna çempionatı 10-cu, Rusiya 11-ci, Türkiyə isə 34-cüdür.


Digər xəbərlər

Xəbər xətti