Argentina millisinin üzvü Lionel Messi yığmada 100 qol həddinə çatan üçüncü futbolçu kimi tarixə düşüb.
Sportarena.az xəbər verir ki, kapitan buna Kurasao üzərində 7:0 hesablı qələbə qazandıqları oyunda nail olub.
36 yaşlı hücumçu het-trik etməklə Argentina yığmasındakı ümumi qollarının sayını 102-yə çatdırıb. Bu baxımdan rekordçu aktivində 122 qol olan portuqaliyalı Kriştianu Ronaldudur. İranlı Əli Daei isə 109 topla ikinci sıradadır.
Ümumilikdə 57-ci het-trikinə imza atan Messi karyerası ərzində qol sayını da 803-ə çatdırıb.