“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya klubu ilə müqaviləsini uzadacaq.
Sportarena.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı gürcü futbolçu 2028-ci ilə kimi hesablanacaq yeni müqavilə bağlamağa razılaşıb. Yeni müqavilə ilə onun maaşı illik 1 milyon avrodan 2,5 milyona qədər artacaq.
Bonusları da nəzərə alsaq, Kvaratsxeliyanın illik gəliri 4 milyon avroya çata bilər. Kompensasiya məbləği müqaviləyə daxil edilməyəcək.
Xviça 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm neapolluların heyətində bütün turnirlərdə 30 oyun keçirib, 14 qol vurub və 16 məhsuldar ötürmə edib.
Neapol komandası 71 xalla A Seriyasının turnir cədvəlində birinci yerdədir.