Ata oğluna görə “od püskürdü”: "Bir aydan sonra biz mütləq klubun rəsmiləri il görüşəcəyik"

15:25 29 Mart 2023

“Barselona”nın hücumçusu Ansu Fatinin atası Bori Fati oğlunun Kataloniya komandasındakı rolundan danışıb.

 

Sportarena.az xəbər verir ki, Bori Fati “El Partidazo de COPE”-yə müsahibəsində oğlunun “Barsa”dan ayrılmaq istəmədiyini deyib:

“Ansu “Barselona”dan ayrılmaq istəmir. Amma mən onun uğur qazanmasını istəyirəm. Artıq stadiona getməyəcəm, kluba çox əsəbiləşmişəm. Bir aydan sonra biz mütləq klubun rəsmilərindən Xorxe Mendeşlə görüşəcəyik. Ansunun bu qədər az oynaması məni narahat edir. Söhbət İspaniya millisinin üzvü olan və “La Masiya”dan gələn oyunçudan gedir. O, daha çox şeyə layiqdir. Hər şey məndən asılı olsaydı, sabah “Barselona”nı tərk edərdik. Mən Ansuya dedim ki, vəziyyət dəyişməsə, biz getməli olacağıq. Amma o, mənə səhv etdiyimi deyir”.

 

Fatinin “Barselona” ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsində 1 milyard avroluq sərbəst qalma maddəsi var.

 

O, bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti