Polis Halandla bağlı araşdırmaya başlayıb - FOTO

15:51 29 Mart 2023

Mançester polisi “Mançester Siti”nin hücumçusu Erlinq Halandla bağlı insidenti araşdırır.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

 

Martın 28-də mediada Halandın avtomobil idarə edərkən telefondan istifadə etdiyi vəziyyətdə şəkilləri dərc edilib.

 

İstintaq norveçli forvardın günahkar olduğunu sübut edərsə, onu 200 funt sterlinq cərimə və 6 ballıq cəza gözləyir.

 

22 yaşlı hücumçu bu mövsüm “Mançester Siti”nin heyətində 37 oyuna çıxıb, 42 qol vurub və 5 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti