De Xea MY-nin təklifini rədd edib

17:38 29 Mart 2023

David de Xea “Mançester Yunayted”in yeni müqavilə ilə bağlı ilk təklifini rədd edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

 

İspaniyalı qolkiperin təklifi qəbul etməməsinə baxmayaraq, danışıqların müsbət nəticələnəyi bildirilir.

 

Klub rəhbərliyi hesab edir ki, 32 yaşlı dəri əlcək sahibi Premyer Liqa təmsilçisində qalmaq üçün maaşının azaldılmasına razı olmalıdır. De Xea 2019-cu ildə dünyanın ən çox maaş alan qapıçısı olub.

 

De Xea “qırmızı şeytanlar”ın heyətində karyerasını davam etdirmək niyyətindədir. Lakin o, cari mövsümdə sərgilədiyi oyunla daha yüksək maaşa layiq olduğunu düşünür.


Digər xəbərlər

Xəbər xətti