Kurasao millisinin bütün futbolçuları və baş məşqçisi Messidən forma istəyib

19:58 29 Mart 2023

Kurasao millisinin futbolçuları Argentina ilə yoldaşlıq oyunundan sonra rəqib komandanın kapitanı Lionel Messidən 23 forma istəyiblər.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın kapitanı Kuko Martina mətbuat konfransında açıqlama verib.

 

"Heyətdə 20-dən çox oyunçumuz var. Zəhmət olmasa, bizə Leonun 23 ədəd köynəyini versinlər. Yalnız bir forma alsaq, bir-birimizlə dava edəcəyik", - 34 yaşlı müdafiəçi bildirib.

 

Kurasao millisinin baş məşqçisi Remko Bisentini də Fransa PSJ-sinin şərəfini qoruyan 36 yaşlı ulduz futbolçunun formasından imtina etməyəcəyini söyləyib.

 

Messi 7:0 hesabı ilə qalib gəldikləri matçdan sonra köynəyini rəqib komandanın qapıçısı Eloy Rumaya bağışlayıb. Qolkiper isə təcrübəli forvardın formasını paylaşaraq "Arzular gerçəkləşir" yazıb.


Digər xəbərlər

Xəbər xətti