Neymar kazinoda 2 saata 1 milyon avrodan çox pul uduzub

22:12 29 Mart 2023

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar onlayn kazinoda böyük məbləğdə pul uduzub.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videoçarx yayılıb.

 

31 yaşlı hücumçu 2 saat ərzində 1 milyon avrodan çox pul itirib.

 

Qeyd edək ki, zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran forvard qumara olan marağı ilə diqqət çəkir.


Digər xəbərlər

Xəbər xətti