Azərbaycan Basketbol Liqasında XXIII tura start verilib.
Sportarena.az xəbər verir ki, açılış oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları üz-üzə gəliblər.
"Sərhədçi" İdman Mərkəzində keçirilən matçda Xırdalan təmsilçisi 84:69 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (20 xal, 12 ribaund), "AAAF Xırdalan"dan isə Deymon Makdouel (28 xal, 5 ribaund) olub.
Bu qələbə ilə xallarını 39-a çatdıran "AAAF Xırdalan" liderliyə yüksəlib. Eyni xala malik "Sabah" isə ikinci pilləyə geriləyib.
Qeyd edək ki, turun NTD - "Olimpik Şəki", "Neftçi İK - "Sərhədçi PİK", "Gəncə" - "Zirvə Astara" oyunları 1-2 apreldə keçiriləcək.