"Milan" Jiru ilə razılıq əldə etdi

10:35 30 Mart 2023

İtaliyanın "Milan" klubu mövsümün sonunda müqaviləsi bitən Olivye Jiru ilə razılıq əldə edib.

 

Sportarena.az xəbər verir ki, son ölkə çempionu fransalı hücumçunun sözləşməsini 1 il müddətinə uzadacaq. Bu barədə "Sky İtalia" məlumat yayıb. 36 yaşlı forvard bonuslarla birlikdə 3,8 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Olivye Jiru "Milan"a 2021-ci ilin yayında "Çelsi"dən transfer olunub. Fransa millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti