Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Herve Renar postundan ayrılıb.
Sportarena.az xəbər verir ki, Fransadan olan 54 yaşlı mütəxəssis ölkəsinə qayıtmağa qərar verib.
Belə ki, o, bundan sonra Fransanın qadınlardan ibarət milli komandasına rəhbərlik edəcək. Renar Fransa Futbol Federasiyasından aldığı təklifi qəbul edib. Təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir.
Xatırladaq ki, Renar 2019-cu ildən Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 41 oyuna 18 qələbə qazanıb, 11 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb.