“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın keçmiş çalışdırıcısı Aleks Ferqyuson haqda danışıb.
Sportarena.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, şotlandiyalı mütəxəssisin adının Premyer Liqanın “Şöhrət Zalı”na daxil edilməsinə münasibət bildirib:
“O, futboldakı məşqçilər üçün bir meyardır. “Mançester Yunayted”i necə formalaşdırıb, necə idarə edib, necə məşq elətdirib… O, 13 dəfə İngiltərə çempionatının qalibi olub. Başqa heç kim bir daha bunu edə bilməyəcək. Bu, möhtəşəm performansdır”.
Qeyd edək ki, Aleks Ferqyuson və Arsen Venger adları Premyer Liqanın “Şöhrət Zalı”na daxil edilmiş ilk mütəxəssislərdir.